Mərkəzi Avropanın incisi - Budapeşt
![]() |
| Budapeşt |
Budapeştə səyahət
Macarıstanın paytaxtı Budapeşt, eramızdan əvvəl 1000ci illərə
qədər gedib çıxan zəngin tarixə sahibdir. 9cu yüzilliyin sonlarına doğru Şərqi
Avropaya gələn macar qəbilələri Macar Krallığını qurmuşlar.
Qala divarları ilə əhatə olunmuş şəhər Dunay çayının sahilində
inşa olunmuş otellərin sayəsində illər keçdikcə turizm potensialı artan bir
bölgəyə çevrilmişdir.
Müasir Budapeşt
1873-cü ildə Buda və Peşt birləşməsindən meydana gəlmişdir. Şəhərin tarixi bölgəsi
olan Buda Dunay çayının qərbində yerləşir.
İkinci Dünya müharibəsindən sonra bir çox maddi və mənəvi
itkiyə məruz qalmış şəhər 20-ci əsrdə çox pis vəziyyətdə idi. Orijinal
binaların əksəriyyətinin məhv edildiyi şəhər qeyri-adi bir şəkildə yenidən
qurulmuşdur. Ancaq müharibənin izləri hələ də bəzi binalarda qalmışdır. Şəhərin
ən məşhur və ən tarixi hissəsi olan Buda qalasının ətrafında yerləşən binalar
barok arxitekturasının izlərini daşıyır.
![]() |
| BUDA QALASI |
Şəhər bir çox festivallara ev sahibliyi edir və Mərkəzi
Avropanın ən böyük sənət və mədəniyyət mərkəzi olaraq tanınır. Dünyanın hər
yerindən gələnləri cəlb edən Budapeşt Festivalı 1981-ci ildən bəri keçirilir. Festival yalnız şəhərin konsert zallarında
deyil, həm də park və meydanlarda qeyd olunur. Başqa bir böyük festival
Budapeşt Yaz Festivalı. 12 həftə boyunca zəngin bir mədəniyyət proqramı ilə turistləri
cəlb edir.
Varosmajor Açıq Hava Teatrı Buda'nın ən məşhur ictimai
parklarından birində yerləşir. Dünyaca məşhur Sziget Festivalı Avropanın ən məşhur
musiqi və mədəni tədbirlərindən biridir. Sziget Festivalı hər il avqust ayında
Budapeştə on minlərlə beynəlxalq qonaq çəkir. Bənzəri olmayan atmosfer və yeri
ilə Sziget Festivalı Budapeştdə ən məşhur hadisələrdən biridir.
![]() |
| Sziget Festivalı |
Budapeşt Avropanın ən əhəmiyyətli spa mədəniyyətlərindən
birinə sahibdir. Şəhərin Roma, Yunanıstan və Türk arxitekturası ilə çoxlu isti
bulaqlar və hamamları vardır. "Hamamlar şəhəri" olaraq bilinən
Budapeşt, 16 və 17-ci əsrlərə aid ənənəvi və tarixi hamam mədəniyyətinə malikdir. Ən yaxşı hamamlardan
biri olan Rudas, Kiraly və Vəli Bey Osmanlı dövrünə aid olan hamamlardır.
Çox yaxşı universitetlərin yerləşdiyi Budapeşt universitetlərinin
təhsil müddəti 3 ildən 4 ilə qədər dəyişir. Macarıstanın ən qədim universiteti
olan Pecs Universiteti 1367-ci ildə yaradılıb.
Təqdimat videosu: https://www.youtube.com/watch?v=B_Hfmp-z7AE
Budapeştdə gəziləcək yerlər
Buda Qalası
Buda Qalası, ən qədim tarixi ilə Budapeşt mədəniyyət nöqtəsidir.
Qalanın şimal-qərbindəki Macarıstan Hərbi Tarixi Muzeyində 15-ci əsrə aid 28
min tarixi əsər qorunub, saxlanır. Siz bu muzeydən sonra ona yaxın yerləşən Musiqi Muzeyini ziyarət edəbilər
və neo-barok üslubu ilə yaxından tanış ola bilərsiniz.
Budapeştdə şəhər mərkəzində otel seçmək sizin istirahətiniz üçün daha effektli
olacaqdır. Şəhər mərkəzinə yaxın qalmaq istəyirsinizsə Mercure Budapest Buda,
Limara apartment, Y Generation Downtown kimi otellərdən seçə bilərsiniz. Bu və
digər otellər üçün ən yaxşı turizm bələçiniz olan NZ Travel Club turizm şirkətinə
müraciət edə bilərsiniz.
Termal Sular
Termal Sular yerli ve xarici turistlərin maraq mərkəzindədir.
Budapeştdə təxminən 125 termal su mövcuddur. Roma dövründə heç istifadə
olunmayan bu sulardan Osmanlı dövründə aktiv istifadəyə başlanmışdır. Son illərdə
gecə klublarında belə termal sulardan müalicə məqsədi ilə istifadə olunur.
Kiraly, Rudas, Veli Bej kimi Osmanlı dövründən qalan bir çox hamam turistlər
arasında çox məhşurdur. Keçmiş vaxtlarda qadın və kişi ayrı ayrı bölümlərdə
ximdət göstərilən hamalarda artıq son dövrlərdə birlikdə xidmət göstərilir. Osmanlı memarlığının izləri görülən binası ilə
Kiraly Hamam həftənin bütün günləri yerli və xarici turistlərə xidmət göstərir.
Hamamların əksəriyyətində tibbi müalicərlə birlikdə masaj və qirmizi şərab
vannası kimi xidmətlər mövcuddur. Budapeştə getdiyiniz zaman məhşur hamamlarına
getməyi unutmayın.
Budapeşt haradadır?
Macarıstanın paytaxtı Budapeşt Mərkəzi Avropada yerləşir.
Macarıstanın ən böyük şəhəri olan Budapeşt, Avropa Birliyində yeddinci böyük şəhər.
Budapeştə nə zaman gedə bilərik?
Mərkəzi Avropanın ən məhşur şəhərlərindən biri olan Budapeşt
rütubətli iqlimə sahibdir. Yay aylarında 25 dərəcə tempratur olduğu halda qış
ayları olduqca soyuq olur. Qış aylarında ortalama tempratur 0 dərəcə olduğu
hallarda şəhəri gəzməyiniz çətinləşəcəkdir.
Yağışlı günlərin çox olduğu payız aylarında şəhər gəzintisi
çox maraqlı olur. Mart ayının sonundan başlayaraq yaya aylarına doğru şəhərə gələn
turistlərin sayı artır. Ən pik dövr iyul avqust aylarıdır. Daha sakit gəzinti
sevənlər üçün mart, aprel, may aylarını
tövsiyyə edə bilərik. Bu vaxtlarda şəhəri daha rahat gəzə bilərsiniz.
Budapeştə necə gedə bilərik?
![]() |
| Ferench Lizst havalimanı |
Budapeşt hava limanı olan Ferench Lizst şəhər mərkəzinə 16 km
məsafədə yerləşir. Havalimanı 3 dəfə Avropanın ən yaxşı havalimanı adını
qazanmışdır.
Bakıdan Budapeştə uçuşlar çox sərfəli qiymətə həyata
keçirilir. Birbaşa reyslər Macarıstan
aşağı büdcəli hava yolu şirkəti vasitəsi ilə birbaşa həyata
keçirilir. Təxmini qiymətlər bir tərəfə
45 AVRO-dan başlayır. Aviabiletlər
haqqında məlumat və rezervasiya üçün 0125988787 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Hava limanından şəhər mərkəzinə taksi,
avtobus və ya bizdən sifariş etdiyiniz transfer ilə gedə bilərsiniz.
Budapeşt turları
Saytımızda(https://nztravelclub.az) Budapeştə qrup və individual olaraq gedə biləcəyiniz
bəzi turlarla tanış ola bilərsiniz.
Ətraflı məlumat üçün 0125988787, 0504868777 nömrələri ilə əlaqə
saxlaya bilərsiniz.
Budapeştə harda qala bilərik?
Budapeştə yerləşmə üçün bir neçə seçimlər mövcuddur. Tarixi
gəzintiləri sevən turistlər Buda-da qala ətrafı otellər seçməyi tövsiyyə
olunur, bura tarixi bölgə olmaqla bərabər çox romantik və ecazkardır. Peşt bölgəsi
turizm baxımından çox populyar olmasa da burada bir çox sərfəli təkliflər
mövcuddur. Hər halda otel seçimini peşəkar menecerlərimizin tövsiyyələri ilə
çox uğurlu şəkildə edə bilərsiniz.
Qeyd: Otellərdə sərfəli qiymətlərdən yararlanmaq istəyirsinizsə
2, 3 ay əvvəlcədən rezervasiya etməyiniz məsləhətdir. Budapeşt turları haqqında
məlumatı linkdə görə bilərsiniz - https://nztravelclub.az/bolge.php?category=21
Budapeştdə otel təklifləri
Şəhər mərkəzinə yaxın otel təklifləri
Mercure Budapest Buda - 68 AVRO-dan
Limara apartment - 75 AVRO-dan
Y Generation Downtown 84 AVRO-dan
Apartment L&A - 80 AVRO-dan
My First Apartment - 55 AVRO-dan başlayan qiymətlərlə
Budapeştdə nəqliyyat
Budapeştin tarixi yerləri və mərkəzi piyada gəzinti üçün
yaxşı seçimdir. Şəhərin mərkəzi olan Peştdə və Castle Hill-də nəqliyyat məhdudlaşdırılmışdır.
Bunula birgə Budapeştin çox növlü seçim təklif edən böyük nəqliyyat şəbəkəsi
mövcuddur.
Şəhərin hər yerinə yayılmış tramvay və avtobus xətti, sürətli
metro sizin gəzintinizin daha əhatəli olmasına şərait yaradacaqdır. Şəhərin
turistik yerlərinə getmək üçün ən uyğun metro xətləri 2-4-6 nömrəli metro xətləridir
Qırmızı rəngli avtobuslarla da şəhərin bütün turistik bölgələrinə getmək
mümkündür. Ümumi nəqliyyat vasitələri saat 11-ə qədər işləyir, gecə səyahət etmək
üçün E adlı gecə avtobuslarında istifadə edə bilərsiniz.
Budapeştdə gecə həyatı
Budapeştin gecə həyatı çox aktiv və canlıdır. Şəhər, lazer
şouları, işıq şouları və məşhur klublar və konsert yerləri ilə mükəmməl əyləncə
təklif edir.
Dunay çayından Buda və Peşti gözəl mənzərəsini izləyərək
yaxta partisində əylənmək ən gözəl seçimlərdən biri ola bilər. Qiymətlər isə
çox ucuz, təxmini bir nəfər üçün 16 Avrodan başlayır.
Budapeştdə alış veriş
Əminik ki, Budapeşdə alış veriş sizin üçün çox fərqli və xoş
olacaqdır. Bunun səbəbi şəhərdə demək olar ki hər yerdə mağaza və alış veriş mərkəzlərinin
olmasıdır. Budapeştin əsas alış veriş mərkəzi
Peştin şəhər mərkəzidir. Vaci küçəsi bizim Bakıdaki Nizami küçəsini xatırladır.
Burada yol avtomobillər üçün bağlıdır. Çox sayda restoran, kafe və butiklər siz
rahat alış veriş etməyinizi təmin edəcəkdir.
Budapeştin digər lüks alış veriş bölgəsi isə Andrassy Küçəsidir,
burada qiymətinə görə göz qamaşdıran bir çox brend mağazalar yerləşir.
Budapeşt Bakı Saat fərqi
Budapeşt (GMT+2) ilə Bakı (GMT+4) arasında yayda 2 saat,
qışda isə 3 saat fərq var.
Macarıstan Pul Vahidi
Macarıstanın paytaxtı və ən populyar şəhəri olan Budapeştdə
pul vahidi olaraq Macar Forinti işlənir. 100 Macar Forinti təxminən 0.60 AZN-dir.
![]() |
| 5000 Macar Forinti |
Macarıstan rəsmi dili
Macarıstanın rəsmi dili Macar dilidir.
Macarıstan vizası
Macarıstan vizası necə alınır?
Macaristan, Schengen bölgəsindəki ölkələrdən biridir. Azərbaycan
vətəndaşları ölkəyə giriş etmək üçün Şengen vizası almalıdırlar. Şengen
Avropada yerləşən 26 ölkə arasında imzalanan bir müqavilədir. Şengen vizası alan
vətəndaşlar vizanı aldıqları ölkədən giriş edərək digər ölkələrə də gedə bilərlər.
Macarıstan vizası almaq istəyən şəxlər NZ Travel Club-un göstərmiş olduğu viza
dəstəyi xidməti ilə rahat bir şəkildə səfirliyə müraciət edə bilərlər. Əməkdaşlarımız
sizə səyahət vizanızı almaqda yardımcı ola bilərlər. Ətraflı məlumat üçün
0125988787, 0504868777 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Macarıstan vizası üçün tələb olunan sənədlərlə tanış olmaq
üçün linkə daxil olun - http://nztravelclub.az/macar.php





How to play slots, jackpot, and more. - DrmCD
YanıtlaSilOnline 제주 출장마사지 casino games are becoming more popular and entertaining, and 익산 출장안마 the number 사천 출장안마 of players 익산 출장마사지 who play them increases each day. Learn how to 고양 출장안마 play slot games online!